Sərnişindaşımada YENİLİK

İQTİSADİYYAT
12:39 / 03.04.2026
110

Məlum olduğu kimi, ölkədaxili sifarişli daşımalarla məşğul olanlara verilən buraxılış vəsiqələrinin alınma qaydaları daha da sərtləşdirilib. 

Bu dəyişiklik Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən son düzəlişlərdə öz əksini tapıb. Nəqliyyat və sərnişin sığortası sahəsində tətbiq olunan yeniliklərin isə bu sektora təsir edəcəyi isə maraq doğurur. 

Nəqliyyat məsələləri üzrə eksperti Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki, yeni qaydalar sığorta sahəsində canlanmaya səbəb olacaq: 

395741

“Canlanmanın əsas səbəbi bu sahədə tətbiq olunan yeniliklərin daha da konkretləşdirilməsi və nəqliyyat vasitələri üzrə əlavə komponentlərin formalaşmasıdır. Bu gün həm Azərbaycanda, həm də xaricdə bu sahə üzrə ixtisaslaşmış sığorta şirkətləri fəaliyyət göstərir. Hazırda ölkəmizdə sığorta sektorunda həm inkişaf etmiş, həm də formalaşmaqda olan yeni potensial tələbat mövcuddur. Sərəncamda da qeyd olunduğu kimi, bu dəyişikliklər müxtəlif sığorta növlərinin ölkədə inkişafına təkan verəcək. Zərurət yarandığı halda isə yeni sistemlərin formalaşması mümkündür”.

Günel Cəlilova

0