AMEA-nin 169 minlik tenderi ləğv edildi

İQTİSADİYYAT
20:17 / 06.04.2026
42

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2026-cı ildə keçirilməsi nəzərdə tutulan tədbirlərin təşkil olunması xidmətlərinin satın alınması ilə bağlı tenderi baş tutmayıb. 

Hit.az xəbər verir ki, tender müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması səbəbindən ləğv edilib. 

Bu tender üzrə satınalma predmetinin 169 977,82 manata başa gələcəyi proqnozlaşdırılır. 

Abbas 

0