Memarlıq və İnşaat Universitetinin müsabiqələri baş tutmadı

İQTİSADİYYAT
20:39 / 07.04.2026
48

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3 satınalma müsabiqəsi ləğv edilib. 

Hit.az xəbər verir ki, Universitetin 1 saylı tədris binasının fasadında kompozit panellərin cari təmiri, şəbəkə serverinin təkmilləşdirilməsi və server texnologiyalarının saz vəziyyətdə saxlanılması üzrə xidmətlər və "Cloud Hosting" xidməti, quraşdırılma və yenilənməsinə texniki dəstəklə bağlı elan edilən müsabiqələr müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması səbəbi ilə ləğv edilib. 

Bu müsabiqələr üzrə satınalma predmetlərinin toplam olaraq 49 940 manata başa gələcəyi proqnozlaşdırılırdı. 

Abbas

0