Manatla bağlı problemlər yaşanır?

İQTİSADİYYAT
14:21 / 08.04.2026
94

Məlum olduğu kimi, Azərbaycanda manatın dövriyyə sürəti 2,83 səviyyəsində qeydə alınıb. 

Cari ilin mart ayının əvvəlinə olan göstəricilər bunu deyir. Sözügedən göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 0,4 bənd aşağıdır. Əslində, milli valyutanın dövretmə sürətinin zəifləməsi onun iqtisadi dövriyyədə daha az aktiv istifadə olunduğunu göstərir. 

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında deyib ki, dövretmə sürətinin milli valyutanın dəyərinə təsiri yoxdur: 
396139

“Manatın dövretmə sürəti iqtisadi aktivliyin göstəricisi sayılır. Pul nə qədər çox dövr edirsə, deməli iqtisadi aktivlik o qədər yüksəkdir. Vətəndaşlar və sahibkarlar arasında alqı-satqı və digər müqavilələr olur, əqdlər bağlanır”.

Ekspert qeyd edib ki, bu hal iqtisadiyyatın daha dinamik fəaliyyət göstərməsi sayılır:

“Dövretmənin azalması halı iqtisadiyyatda müəyyən problemin olması anlamına gəlir. Müqavilələr və əqdlər az bağlandığı üçün bu manatın dövretməsinə təsir edir. Təəssüf ki, hazırda ölkə iqtisadiyyatı müəyyən qədər tənəzzül yaşayır”.

Günel Cəlilova

0