Soğan su qiymətinə satılır

İQTİSADİYYAT
15:40 / 08.04.2026
103

Son zamanlar soğanın qiymətində ucuzlaşma müşahidə olunur. 

Xüsusilə bölgələrdəki qiymətlər çox aşağıdır. Belə ki, bölgələrdə soğanın bir kiloqramının qiyməti sadəcə 5-10 qəpiyə təklif olunur. Əlbəttə ki, satıcılar da bu vəziyyətdən çox narahatdır. 

Maraqlıdır, bölgələrdə soğan nə üçün kəskin ucuzlaşıb? Bu hal Bakıdakı bazarlara da təsir edəcək?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında bildirib ki, son zamanlarda bölgələrdə soğanın kəskin ucuzlaşmasının əsas səbəbi təklifin artmasıdır:

396148 

“Yaxşı hava şəraiti və məhsul bolluğu fermerlərin satış üçün daha çox soğan çıxarmasına səbəb olub. Bunun nəticəsində bazarda təklif tələbi üstələyib və qiymətlər düşüb. Bu ucuzlaşma Bakıdakı bazarlara təsir göstərə bilər. Çünki bölgələrdən paytaxta göndərilən məhsulun qiyməti adətən oradakı satış qiymətinə təsir edir”. 

Ekspert sözlərini belə əsaslandırıb:

“Əgər bölgələrdən Bakıya kifayət qədər ucuz və bol məhsul çatdırılsa, paytaxt bazarlarında da soğan qiymətləri aşağı düşə bilər. Lakin nəqliyyat xərcləri və digər logistika faktorlarının qiymətə müəyyən qədər təsir göstərməsi mümkündür”

Günel Cəlilova

0