Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsi, 217 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 3 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin sahəsi 1 603,2 kvadrat metrə bərabərdir. 16 otaqdan ibarət olan obyektin ilkin satış qiyməti 2 milyon 800 min manat təşkil edir.
Qeyd edək ki, bu obyektdə ölkənin aparıcı şirkətlərindən birinin, “Aztəsərrüfat” MMC-nin ət kəsimi sexi fəaliyyət göstərib.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 132 milyon 877 min 367 manat olan “Aztəsərrüfat” MMC (VÖEN – 1503377891) 2026-cı ildən fəaliyyət göstərir. Qanuni təmsilçisi Qafarov Məhərrəm Allahverdi oğlu olan şirkətin rəsmi saytında baş direktor kimi Aydın Dəmirov göstərilib.







