Ordubadda tikiləcək su elektrik stansiyasının ƏHƏMİYYƏTİ

İQTİSADİYYAT
15:28 / 12.08.2026
173

“Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur”. 

Bu barədə Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Ölkəmizib başçısı qeyd edib ki, bu yaxınlarda bütövlükdə Naxçıvanın inkişafına dair Dövlət Proqramının qəbul edilib,  suvarma ilə bağlı tədbirlər planı tərtib olunub: 

“Mən buraya böyük heyət ezam etdim, bütün məsələlər təhlil olundu və işlərə başlanıldı”.

Qeyd edək ki, Ordubad rayonunda yeni su elektrik stansiyasının tikintisi regionun enerjiyə olan tələbatının dayanıqlı və ekoloji cəhətdən təmiz mənbələr hesabına ödənilməsində mühüm rol oynayacaq. Bu layihə Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, xarici enerji asılılığını azaldacaq və yerli elektrik şəbəkəsinin sabitliyini təmin edəcək. 

Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov Hit.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev 2026-cı ilin yanvarında keçirilən müşavirədə Bakı şəhəri və Abşeron yarımadasında su və kanalizasiya sistemlərinin idarə olunması, eləcə də yağış sularının səmərəli idarə edilməsi ilə bağlı 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramını təsdiqləyib:

407085

“Dövlət başçısı həmin müşavirədə ölkənin su ehtiyatlarından səmərəli istifadənin və onların düzgün idarə olunmasının vacibliyini xüsusi vurğulayıb. Ordubad rayonunda su elektrik stansiyasının inşası həm enerji təminatının gücləndirilməsi, həm də su ehtiyatlarından səmərəli istifadə baxımından mühüm əhəmiyyət daşıyır.

Su elektrik stansiyaları ölkənin enerji tələbatının qarşılanmasında mühüm rol oynamaqla yanaşı, su ehtiyatlarının su anbarlarında toplanması və onların düzgün idarə olunması baxımından da əhəmiyyətlidir”. 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, dünyada olduğu kimi, Azərbaycanda da su ehtiyatlarının idarə olunması ilə bağlı ciddi çağırışlar mövcuddur:

“Bu məsələ dövlət başçısının daim diqqət mərkəzində saxlanılır. Bununla bağlı bir sıra dövlət proqramları və strategiyalar qəbul edilib. Enerji təchizatının dayanıqlılığının təmin edilməsi, su ehtiyatlarından səmərəli istifadə və mövcud resursların düzgün idarə olunması istiqamətində atılan bu addımlar ölkə iqtisadiyyatının davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”.

Günel Cəlilova

0