Azərbaycanda 5 bankın - AKTİVLƏRİ AZALIB

İQTİSADİYYAT
11:55 / 31.05.2020
1300

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu il aprelin 1-nə aktivləri illik müqayisədə az olub.

Bunlar "Rabitəbank", "Premium Bank", "Yapı Kredi Bank Azərbaycan", İran Milli Bankının Bakı filialı və "AGBank"dır.

Ən çox azalma "AGBank"da (7,3%), ən az azalma isə "Rabitəbank"da (1,2%) qeydə alınıb.

Qalan 23 bankın isə aktivləri artıb. Ən yüksək dinamika "Bank of Baku"da (57,5%), ən aşağı dinamika isə "Azərbaycan Sənaye Bankı"nda (0,4%) qeydə alınıb.

Renkinq

0
Fed.az