Mikrosahibkarların inkişafı üçün Bakıda biznes forumu təşkil olunur.
Hit.az xəbər verir ki, “Notify Group” MMC və “Azimli Company”nin təşkilatçılığı ilə 24 oktyabrda “Mikrosahibkarların Forumu 2026” baş tutacaq.
Forumda sahibkarların qarşılaşdığı real problemlər, biznesin hüquqi və maliyyə dayanıqlılığı, effektiv marketinq və satış strategiyaları müzakirə ediləcək.
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəsmi tərəfdaşlığı ilə keçiriləcək tədbir sahibkarları və müxtəlif sahələrin peşəkarlarını bir araya gətirəcək.
Forum iştirakçılara praktiki biliklər qazanmaq və yeni əməkdaşlıq imkanları yaratmaq fürsəti təqdim edəcək.
Ünvan: Nizami Cinema Center, Bakı
Əlaqə: 070 370 58 38





