Seymur Adıgözəlov MDM-in İdarə Heyətinin sabiq üzvünə vəzifə verdi

İQTİSADİYYAT
19:40 / 21.10.2026
63

Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sabiq üzvü Ramin Nurəhmədov yeni vəzifəyə təyin olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, R.Nurəhmədov Agentliyin Hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, R.Nurəhmədov bu ilin iyun ayından yeni təyinatadək Agentliyin Hüquq şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

O, 2023-cü ilin sentyabrından 2026-cı ilin aprelinədək isə Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü olub. Həmin ilin iyul-avqust aylarında isə Mərkəzdə baş məsləhətçi vəzifəsində fəaliyyət göstərib. 2021-ci ilin mayından 2023-cü ilin iyulunadək “AzFinance İnvestisiya Şirkəti”ndə Kapital bazarının inkişafı departamentinin rəhbəri olub.

R.Nurəhmədov 2016-cı ilin noyabrından 2021-ci ilin martınadək “Azərpoçt” MMC-də filial rəhbəri vəzifəsində işləyib.

O, 2005-ci ilin dekabrından 2016-cı ilin martınadək Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində korporativ qiymətli kağızların dövriyyəsinin tənzimlənməsi şöbəsinin rəhbəri vəzifəsini tutub.

Xatırladaq ki, daha əvvəl İZİA-nın Hüquq şöbəsinin müdiri vəzifəsində Emil Qurbanov çalışıb və o, bir müddət əvvəl vəzifəsindən ayrılıb.
 

0