Avtomobil alğı-satqısı hazırda durğunluq dövrünü yaşayır. Karantin yumşaldılsa da, avtomobil bazarında vəziyyət dəyişməyib.
Bu barədə Axar.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı avtomobil bazarının durumu ilə bağlı danışarkən deyib. Ekspert bildirib ki, hazırda avtomobil bazarları açıqdır, satışda bəlkə də minlərlə avtomobil var, ancaq alıcı yoxdur:
“Son aylar daha ucuz qiymətə olan avtomobilərin satıldığı müşahidə olunur. Görünür, avtomobil həvəskarları da qənaətə keçib”.
Ekspert deyib ki, maşın alıcıları arasında yeni müştəri yoxdur:
“Avtomobil bazarının durumunun nə vaxt düzələcəyini proqnozlaşdırmaq çox çətindir. Xaricdən yeni maşın gətirilmir. Bazardakı maşınlar yenilənmədiyi üçün olan alıcılar da əliboş geri qayıdır”.
Axar.az