AZƏRTAC yeni binası üçün yarım milyonluq inventarlar alıb

İQTİSADİYYAT
09:44 / 04.06.2020
1228

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Publik Hüquqi Şəxsi yeni inzibati binası üçün inventarlar alır.

Banker.az bu barədə tender elanına istinadən xəbər verir.

AZƏRTAC-ın Bakı şəhəri, M.K. Atatürk prospekti 70 ünvanında yeni inzibati bina üçün inventarların satın alınması üçün tenderin qalibi “Qardaşlar Mebel-3” MMC adlı şirkət elan edilib.

Bütün bu intervallar üçün AZƏRTAC şirkətə 486 584 manat həcmində vəsait ödəyəcək.

Qeyd edə ki, informasiya agentliyinin əvvəl Bakı ş. Bülbül pr. 30 ünvanında (Nizami Kinoteatrının yanı) fəaliyyət göstərirdi.

0
Banker.az