Türkiyə-Naxçıvan qaz kəməri - İran qazına alternativ olacaq

İQTİSADİYYAT
13:37 / 09.06.2020
1283

Türkiyənin dövlət enerji şirkəti BOTAŞ Azərbaycanın Naxçıvan bölgəsinə qaz kəmərinin çəkilməsi üçün tender elan edib.

Türkiyə KİV-lərinin yazdığına görə, tenderdə qaz kəmərinin layihələndirilməsi və mühəndis işləri üçün şirkət seçiləcək. Tenderin nəticələri iyunun 30-da açıqlanacaq.

Qaz kəmərinin uzunluğu 82 kilometrə yaxın və diametri 12 dyum olacaq. Tenderə yerli və xarici şirkətlər qatıla bilər.

Türkiyə-Naxçıvan qaz kəməri anlaşması 2010-cu ildə imzalanıb. Lakin o vaxtdan bəri razılaşma kağız üzərində qalırdı. Prezident Rəcəb Tayyib Ərdoğan bu ilin fevral ayında Bakıya səfərinin ardınca qaz kəməri layihəsinin həyata keçiriləcəyini açıqlayıb. “Hazırda təbii qaza olan ehtiyacını İran qazı hesabına ödəyən Naxçıvan muxtar respublikası bu layihənin həyata keçirilməsindən sonra alternativ olaraq Türkiyədən də qaz almış olacaq”,-Ərdoğan bildirib.

0
Virtualaz.org