2020-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 26,7 faiz artaraq 736,2 manat təşkil edib. Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3736,8 manat, qeyri neft-qaz sektorunda 669,7 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 623,7 manat, özəl müəssisələrdə isə 885,1 manat olub.
Azvision.az