Azərbaycanın su ehtiyatları azalır

İQTİSADİYYAT
13:45 / 14.06.2020
1362

Azərbaycanın su ehtiyatları getdikcə azalır.

Azalmanın kökündə iqlim dəyişikliyi, qlobal iştiləşmə və daha bir neçə səbəb dayanır.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimlinin sözlərinə görə, Azərbaycanın su ehtiyatlarında 10 ildir ki, mütəmadi azalma müşahidə olunur.

Nazir müavini bildirib ki, Azərbaycan az sulu ölkələr siyahısına daxildir. Su ehtiyatlarının 70 faizi qonşu ölkələrdə olan mənbələrdən - Kür, Araz, Qanıq və Samur çayı vasitəsilə Azərbaycana tranzit olunan sular hesabına formalaşır.

Ehtiyatların azalması sudan istifadədə qənaəti məcburi edir. Bunun üçün isə sudan qənatə imkan verən çiləmə, damcı suvarma texnologiyalarının tətbiqi olduqca əhəmiyyətlidir. Ən səmərəli üsullardan biri də tullantı suların təmizlənərək tərkar istifadəyə verilməsidir.

Vüqar Kərimlinin sözlərinə görə, bu təcrübədən ölkəmizdə qismən də olsa istifadə edilir.

Vüqar Kərimli deyib ki, yalnız dövlət yox, istimai iaşə obyektlərinin sahibləri də suya qənaət haqda fikirləşməlidirlər.

Suya olan tələbatın qarşılanması üçün digər bir üsul isə dəniz suyunun duzsuzlaşdırılmasıdır. Bu istiqamətdə kiçik layihələr icra edilir. Amma gələcəkdə bela layihələrin genişləndirilməsi planlaşdırılır.

1
Xezerxeber