İş və biznes üzrə dünyanın ən yaxşı yerlərinin adı açıqlanıb.
Lenta.ru-nun məlumatına görə, siyahı İsveçrə İdarəetmə İnkişafı İnstitutu (IMD) tərəfindən tərtib edilib.
Birinci yer ötən ildən dəyişməyib - reytinqə Sinqapur liderlik edib.
Danimarka, İsveçrə, Hollandiya və Honkonq ilk beşliyə daxil olub. Siyahını İsveç, Norveç, Kanada, BƏƏ və ABŞ davam etdirib.
Qonşu dövlətlərdən Türkiyə 46-cı, Rusiya 50-ci yeri tutub.
Reytinqdə sonuncu yerdə Venesueladır.
Reytinq müəllifləri dörd əsas göstəriciyə - iqtisadi vəziyyət, hökumətin, eləcə də biznesin səmərəliliyinə və infrastruktur vəziyyətinə diqqət yetiriblər. Onlar lokal və beynəlxalq statistikadan istifadə ediblər, habelə müxtəlif sahələrdə şirkət rəhbərləri ilə görüşüblər.
Oxu.az