“Dünya Bankının Azərbaycan üzrə yeni nümayəndəsi (ölkə meneceri) təyin olunub. İndiki nümayəndənin təyinat müddəti iyulun 1-i sona çatır və onu əvəz edəcək şəxs artıq təyin olunub. Onun adı Sara Maykldır.”
HİT.Az xəbər verir ki, bu fikirləri Qazet.az-a açıqlamasında Dünya Bankının Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zaur Rzayev səsləndirib.
O, həmçinin qeyd edib ki, Dünya Bankının ölkə üzrə menecerinin 3 əsas funksiyası var:
Ölkədəki proqramın və ümumi nəzarətin həyata keçirilməsiTərəfdaşlarla münasibətlərin saxlanılması Ölkə heyətinə rəhbərliyin həyata keçirilməsi
“Səfər məhdudiyyətləri ilə bağlı olaraq yeni nümayəndə Azərbaycana bir qədər gec gələcək. Buna baxmayaraq o, həmin müddət ərzində vəzifəsini uzaq məsafədən icra edəcək”, – deyə müşavir əlavə edib.
Qeyd edək ki, Sara Maykl bu vəzifəyə təyin olunmamışdan öncə Kövrək və Münaqişələrə Məruz Qalan Ölkələr Departamentində təhlil və strategiya üzrə sektor meneceri vəzifəsində çalışıb.