Prezident Elnur Əliyevi yüksək vəzifəyə təyin etdi

İQTİSADİYYAT
18:23 / 13.05.2020
4046

İqtisadiyyat nazirinə yeni müavin təyin edilib.

Hit.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Elnur Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovun müavini təyin olunub.  

Elnur Əliyev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb. Əmək fəaliyyəti dövründə müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə işləyib, 2017-ci ildən vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. 36 yaşı vardır.

1