Dövlət və özəl sektor: Hansı sahələrdə işçilərin azalması baş verib? (SİYAHI)

19:56 / 19.06.2020
1215

Cari il mayın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1676,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 926,6 min nəfər, qeyri-dövlət sektorunda isə 749,5 min nəfər təşkil etmişdir.

Bu barədə Dövlət Statistika Komitəsi bildirib.

Ölkədə dövlət sektorunda ən böyük artım inzibati və yardımçı xidmətlərində çalışanlar olub. Bu sektor ötən ilin eyni dövrü ilə müqayisədə 64% ilə 67,2 min nəfərə çatıb.

Dövlət sektorunda ən çox azalma olan sahələr isə daşınmaz əmlak, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə çalışanlardır.

Özəl sektorda isə daha böyük artım kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə çalışanlarda və tikinti sahəsində qeydə alınıb.

Özəl sektorda ən çox azalma su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsindədir.

Dövlət Statistika Komitəsinə istinadən il ərzində artan və azalan sektorlar üzrəsiyahını təqdimedirik.

0
Banker.az