Dünyada milyonçuların sayı sürətlə artır

00:04 / 20.06.2020
1303

Dünyadakı milyonçuların sayı son 20 ildə 3 dəfə artıb. BCG-nin (Boston Consulting Group) hesabatında onların ümumi sərvətinin 226 milyard dollara çatdığı bildirilir.

Bizimyol.info xəbər verir ki, BCG dünyada təxminən 24 milyon milyonçunun olduğunu açıqlayıb. 1999-cu ildə planetdəki milyonçuların sayı 8.9 milyon nəfəri keçmirdi.

Hesabatı hazırlayanlardan Anna Zakrzevski yazır ki, heç vaxt belə sıçrayış olmayıb. Getdikcə balans daha çox pozulur. Bu, Çində xüsusi müşahidə edilir. Asiya dövlətində sərvəti 100 milyon dolları keçənlərin sayı 29 dəfə artıb.

BCG-nin proqnozuna görə, 2024-cü ilə qədər dünyada milyonçuların sayında yenə artım gözlənilir. Bu dəfə daha 4.5 faizə qədər artım qeydə alına bilər.

Sərvəti 100 milyonu keçənlərin sıralamasında ilk yeri ABŞ tutur. Çin ikinci, Almaniya üçüncüdür.

0