Azərbaycanda son 5 ayda avtomobil istehsalında artım qeydə alınıb

İQTİSADİYYAT
18:21 / 21.06.2020
1464

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda sənaye sektorunda bir sıra sahələrdə məhsulların istehsalında artım qeydə alınıb.

Trend-in məlumatına görə, emal sektorunda əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 94,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 57,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 37,6 faiz, elektrik avadanlıqlarının istehsalı 26,5 faiz, tütün məmulatlarının istehsalı 26,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 24,6 faiz, kağız və karton istehsalı 15,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,6 faiz, geyim istehsalı 13,0 faiz, hazır metal məmulatlarının istehsalı 7,4 faiz, içkilərin istehsalı 2,9 faiz, neft məhsullarının istehsalı 2,0 faiz, poliqrafiya məhsullarının istehsalı 1,8 faiz, qida məhsullarının istehsalı 1,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 1,6 faiz artıb.

Mebel istehsalı 1,5 faiz, maşın və avadanlıqların istehsalı 8,2 faiz, tikinti materiallarının istehsalı 9,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 37,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,2 faiz azalıb.

0