Azərbaycanda dollara tələb artdı

İQTİSADİYYAT
19:18 / 23.06.2020
1317

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirib.

Bu barədə HİT.Az-a AMB-ən məlumat veriblər.

Bildirilib ki, hərracda tələb $33 milyon təşkil edib və tam təmin edilib. Bu, 18 iyunda keçirilən auksiondakından 6,1 milyon ABŞ dolları və ya 22,7% çoxdur. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb.

Qeyd edək ki, mart ayında neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələb artsa da, martın 29-dan etibarən tədricən azalmağa başlayıb.

Dövlət Neft Fondunun məlumatına görə, 2020-ci ilin yanvar-may aylarında keçirilmiş valyuta hərraclarında fond tərəfindən $3 milyard 637 milyon, o cümlədən mart ayında $1 milyard 928,3 milyon, aprel ayında $531,1 milyon, may ayında $334 milyon məbləğində xarici valyuta satılıb.

0