İqtisadçı hökümətə təkliflər verdi - TƏFSİLAT

İQTİSADİYYAT
09:12 / 25.06.2020
1277

İqtisadçı-ekspert, “Güzəran” Sosial Araşdırmalar İctimai birliyinin sədri Qadir İbrahimli neftin qiymətinin kəskin ucuzlaşmasından və karantin rejimindən iqtisadiyyata dəyən ziyanı lokallaşdırmaq üçün hökumətə təkliflərlə çıxış edib.

Hit.Az həmin təklifləri təqdim edir.

1. 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılsın. Bəzi xərc maddələri dəyişdirilsin və yaxud ləğv edilsin.

2. İnzibati binaların təmir-tikintisi, həmin binalara yeni avadanlıqların alınması, abadlaşdırma kimi xərclər ləğv edilsin.

3. Xidməti avtomobillərdən istifadə edən məmur zümrəsinin sayı azaldılsın, eyni zamanda bahalı xidməti avtomobillərdən imtina edilsin. Hazırda xidməti avtomobillərin yuxarı qiyməti 50 min manatdır, bu məbləğ 15-20 min manata endirilsin - kimliyindən asılı olmayaraq məmurun xidməti avtomobili orta statistik vətəndaşın istifadə etdiyi maşından baha ola bilməz.

4. Vacib investisiya layihələri istisna olmaqla, qalan investisiya layihlərinin maliyyələşməsi dayandırılsın.

5. Real sektorun dəstəklənməsi üçün investorlara bir sıra güzəştlər edilsin.

6. İri dövlət şirkətləri investisiya müsabiqələri yoluyla özəlləşdirilməyə çıxarılsın.

7. Məmur korpusunda ciddi ixtisarlar aparılsın, məşğulluğu təmin etmək üçün rəqabətə davamlı biznes mühiti yaradılsın, imtiyazı biznes mühiti aradan qaldırılsın.
Hökumət qeyri-pouliyar, ancaq rasional qərarlar qəbul etmklə ölkəni böhrandan xilas edə bilər.
 

0
Dia.az