Azərbaycan bu il 10-a yaxın ölkəyə yerli soğan ixrac edəcək.
Hit.Az xəbər verir ki, bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynov deyib.
Onun sözlərinə artıq ölkədə soğan yığımı başlanıb:
"Artıq Bərdə rayonunda soğan yığımına başlanıb. Soğanın məhsuldarlığı boldur. Hazırda soğanın 1 kiloqramı yerində 23 qəpikdir. Bazarda isə bu qiymət 35-40 qəpik arasında dəyişir".
V. Hüseynov bildirib ki, hazırda Azərbaycan Ukrayna, Rusiya, Belarus, Türkiyə ilə yanaşı, bu il Polşaya və ərəb ölkələrinə də soğan ixrac edəcək. Fermerlər artıq ilkin olaraq bu il ərəb ölkələrinə soğan ixracına başlayıb. Hələlik təkcə Bərdə rayonunda yığım başlayıb. Yaxın günlərdə Ağdam və Beyləqanda da yığıma start veriləcək. Yığım tam gücü ilə fəaliyyətə başlayandan sonra digər ölkələrə də soğan ixracına start veriləcək".