"Lukoil"da əsaslı kadr dəyişiklikləri aparıldı

İQTİSADİYYAT
20:43 / 25.06.2020
1301

Ravil Maqanovun Rusiyanın "Lukoil" neft şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə seçilməsi ilə əlaqədar olaraq şirkətin birinci vitse-prezidenti vəzifəsini icra edən Vadim Vorobyov "Lukoil"ın birinci icraçı vitse-prezidenti vəzifəsinə təyin edilib.

HİT.Az xəbər verir ki, şirkətdən "APA-Economics"ə verilən məlumata görə, Rusiyada neft və qaz hasilatı üzrə şirkətin baş vitse-prezidenti Azat Şamsuarov "Lukoil"ın birinci vitse-prezidenti vəzifəsinə keçirilib.

Məlumata görə, istehsal xidmətləri üzrə vitse-prezident vəzifəsini icra edən Sergey Koçkurov isə Rusiyada neft və qaz hasilatı üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib.

0