"Bakubus" MMC 3 böyük tenderinin qaliblərini edan edib.
HİT.Az FED.az-a istinadla xəbər verir ki, Hər 3 tenderdə "AZTECH AND TEGETA MOTORS" MMC qalib gəlib. Həmin tenderlər aşağıdakılardır:
1. Nəqliyyat vasitələrinin istismarı üçün tələb olunan elektrik komponentlərinə aid ehtiyat hissələrinin satınalınması – 429 029 manat.
2. Nəqliyyat vasitələrinin istismarı üçün tələb olunan isitmə, kompressor və pnevmatik sistemlərinə aid ehtiyat hissələrinin satınalınması – 415 171 manat.
3. Nəqliyyat vasitələrinin istismarı üçün tələb olunan karkas detallarına aid ehtiyat hissələrinin satınalınması – 470 583 manat.