Azərbaycan yaxın gələcəkdə içməli su problemi ilə üzləşə bilər.
Ölkənin əsas içməli su qaynağı olan Kür çayında suyun səviyyəsi xeyli aşağı düşüb.
“Facebook” sosial şəbəkəsində yayılan məlumata görə, çayda suyun azalması nəticəsində Xəzərin duzlu suyu Kürə axır. Artıq 30 km-dən artıq məsafədə Kürün suyu duzlaşıb.
Məlumata görə, yaranmış vəziyyət kənd təsərrüfatına, əkin sahələrinə xeyli ziyan vurub.
Cebhe.info