Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “AmrahBank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunublar.
Hit.Az xəbər verir ki, qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
İqtisadçı-ekspert Samir Əliyev bildirib ki, adları çəkilən banklar bazarda elə də böyük paya malik deyillər. Birlikdə 4 bankın bazar payı 5%-ə yaxındır. Bu banklar aktivlərinin həcminə görə heç ilk 10-luqda olmayıblar:
"Ən yüksək paya Atabank (1,4%), ən aşağı paya Amrahbank (0,6%) malik olub. 2019-cu ildə AGBank aktivlərinin həcminə görə 15-ci yerdə olub. ATAbank 2019-cu ilin 3-cü rübündə aktivlərinin həcmi 532,1 milyon manat olmaqla 13-cü yerdə olub.
Kredit bazarına gəldikdə bu bankların payı təxminən 7%-dən az olub. Yenə də ən böyük paya (2,6%) ATAbank, ən az paya Amrahbank (0,79%) sahib olub. Kredit bazarında da ilk 10-luqda olmayıblar.
Depozit bazarında 4 bankın bazar payı 4%-dən az olub. Bu bankların depozit portfeli 2019-cu ilin sonuna 800 milyon manatdan çox, kredit portfeli isə 1 milyard manata yaxın olub".