4 nəfərlik ailənin aylıq koronavirus xərci 130 manatdır - İqtisadçı

İQTİSADİYYAT
15:03 / 29.06.2020
1735

“4 nəfərlik standart, qanunsevər, qaydalara uyan ailənin koronavirus xərcləri (sırf virusla bağlı, maska, məsafə və dezinfeksiya) təxminən 130 manat pul edir”.

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspert sözügedən məsələnin izahını verib:

“Birincisi, 4 nəfərlik ailə gündə azı 10 maska istifadə etməlidir. Bu, 3 manat edir. İkinci, 4 nəfərlik ailə hər gün hərəsi azı 6 dəfə əllərini 20 saniyə yusa, təxminən 250 litr su işlətməlidir, bu da 15 qəpik edir. Üçüncüsü, əl yuyarkən istifadə edilən sabun, şanpun təxminən günə 10-15 qəpik tutur. Son olaraq isə dezinfeksiya məhlullarına günə azı 1 manat sərf edilir (ev və şəxsi gigiyena). Bunun məbləği isə cəmi 4 manat 25 qəpikdir. Bütün bunları hesabladıqda görürük ki, aya 127 manat 50 qəpik pul lazımdı ki, 4 nəfərlik ailə qaydalara riayət edərək özünü qorusun. Maraqlı məqam isə odur ki, ölkədə necə ailə bu xərcləri qarşılıya bilər? Hökumət əvvəl camaatın imkanını təmin etməli, sonra isə maska, məsafə, dezinfeksiya tələb etməlidir. Yəni məntiq bunu deyir. Camaat boğazından kəsib maska, spirt almayacaq. Kim çörək, makaron, düyü, qarabaşaq yerinə dezinfeksiya vasitələri alar?”

0
Yenisabah.az