Paytaxt Bakının torpaq bazarında bahalaşma müşahidə edilir.
Bunu əmlak eksperti Ramil Qasımzadə deyib.
O bildirib ki, bahalaşma Nizami, Nərimanov və Nəsimi rayonlarında daha qabarıq formada qeydə alınıb. Bu rayonlarda 1 sot torpaq ötən illə müqayisədə 15-20 faiz bahalaşıb.
Qaradağ və Sabunçu rayonlarında isə bahalaşma elə də yüksək deyil. Sözügedən rayonlarda qiymət artımı torpaq sahəsinin yerləşdiyi əraziyə görə qeydə alınıb.
Əmlak eksperti qeyd edib ki, qiymət artımı bazara çıxarılan torpaq sahələrinin həcmi ilə bağlıdır.
R.Qasımzadə əlavə edib ki, qiymətlərdə müşahidə edilən bahalaşma mövsümi xarakter daşıyır.