Bu il əməkhaqqı fondu 8 faiz artıb - Nazir

İQTİSADİYYAT
18:29 / 06.07.2020
1165

"Pandemiya dövründə həm dövlət sektoru üzrə 910 min iş yerinin qorunması təmin edilib. Həmçinin özəl sektorda iş yerlərinin qorunması işləri aparılıb. Hətta özəl sektorda cari ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 110 min və ya 17 faiz artıb".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, hazırda özəl sektorda 750 min əmək müqaviləsi ilə çalışan var:

"Dövlət və özəl sektor üzrə əmək müqavilələrinin sayında isə 7 faizlik artım baş verib. Əmək müqavilələrinin artımı kölgə iqtisadiyyatının azaldılması, qeyri-formal məşğulluğun leqallaşdırılması hesabına yaranır.

Əmək müqavilələrinin artımı əməkhaqqı fondunun artmasına da səbəb olub. Bu ilin 6 ayında ölkədə əməkhaqqı fondu 8 faiz artıb. Bu, formal məşğulluğun əhatəsinin genişləndirilməsi baxımından da çox önəmlidir".

 

0
Azvision.az