“Rabitəbank” ASC-yə bağlanan bankdan yeni departament rəhbəri gəlib.
Bu barədə Banker.az-a banka yaxın mənbə bildirir ki, yeni departament direktoru İsi Mustafayev cari aydan (iyuldan) başlayaraq Xəzinədarlıq Departamentinin direktoru vəzifəsində çalışacaq.
Buna qədər isə may ayında lisenziyası ləğv edilən AG Bank-da eyni vəzifədə idi.
Xatırladaq ki, bundan öncə Rabitəbank-da bu departamentə Oqtay Qasımov rəhbərlik edirdi.