190 manat verildi, bəs 250 manat?

İQTİSADİYYAT
19:17 / 10.07.2020
1781

Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyəti məhdudlaşmış subyektlərə maliyyə dəstəyi verilməsi məqsədilə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Aprel-may aylarında ölkədə elan olunan karantin rejimi ilə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramına start verib. Bu zaman karantin rejimində fəaliyyəti məhdudlaşdırılan subyektlərə birdəfəlik 190 manat müavinət, sahibkarlara isə 250 manat maliyyə yardımı edildi. Növbəti karantin rejimində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyəti məhdudlaşmış subyektlərə üçüncü ay, yəni iyun üçün 190 manat birfəfəlik yardımın verilməsi davam etdirildi.

Qeyd edək ki, davam edən karantin rejimində sahibkarların da fəaliyyəti məhdudlaşdırılıb. Hətta bu səbəbdən bəzi müəssisələr ya fəaliyyətini dayandırıb, ya da işçilərini ixtisara salmaq məcburiyətində olduğunu bildirir.

Maraqlıdır, aprel-may ayında olduğu kimi 250 manat maliyyə yardımı ayrıla bilərmi? Bu məsələyə yenidən baxılacaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Mənsimli Cebhe. info-ya açıqlamasında biznesin çökməməsi üçün sahibkarlara dövlət tərəfindən maddi dəstəyin edilməsini vacib sayıb:

“COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadıldı. Ərzaq mağazaları və apteklər istisna olmaqla əksər sahələrin fəaliyyəti dayandırıldı . Belə çətin və mürükkəb şəraitdə görülməsi vacib olan işlər arasında 3 xüsus əhəmiyyət kəsb edir:

1. Koronavirusunun yayılma sürətinin azaldılması, eləcə də onun törətdiyi fəsadların minimuma endirilməsi və bu əsasda əhalinin sağlamlığının qorunması istiqamətində zəruri olan işlər sistemli şəkildə davam etdirilməlidir.

2.Sərt karantin rejiminin tələblərinə əməl edərkən, işsizləri və əhalinin aztəminatlı təbəqəsini düşdüyü ağır vəziyyətdən çıxarmaqdan ötrü, karantin rejimi müddətində 190 manatlıq aylıq yardımlar edilməlidir. Artıq ümumilikdə 16 şəhər və rayonlarımızda işsiz şəxslərə və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal məşğul şəxslərə 190 manat ödənilməyə başlanıb.Bu 16 rayon üzrə mərhələli şəkildə 287 min nəfərə ödəniş həyata keçirilir və bu məqsəd üçün 55 milyon manat vəsait ayrılıb. 190 manatlıq aylıq yardımın zəruri, amma yetərli olmadığını nəzərə alaraq, bununla yanaşı həm də çətin vəziyyətə düşmüş insanların sosial qayğılarını yüngülləşdirməkdən ötrü işıq, qaz, suya görə limitdə və həmin xidmətlrin haqqının ödənilməsində,eləcə də kreditlərin ödənilməsinin ertələnməsi məsələsində də güzəştlər edilməlidir.

3. Rəsmi məlumatlara görə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi proqramının icrası davam etdirilir. Prosesin şəfaflığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısını təqdim edib. Bu islərin görülməsinə 215 milyon manat pul ayrılıb. Həmin vəsaitin bir hissəsi xərclənilib. Bununla yanaşı, həmin Tədbirlər Planına əsasən, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramının icrası da davam etdirilir. Prosesin şəfaflığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısını mütəmadi olaraq yeniləşdirir. Bu ikinci tədbirin icrası üzrə 212449 nəfərə ödənişlər edilib və iyulun əvvəllərinə olan məlumata görə,nəzərdə tutulmuş 80 milyon manatlıq vəsaitin 63 milyon manatından istifadə edilib. Göründüyü kimi, pandemiyanın ilk mərhələlərində qəbul edilən həmin biznes dəstəyi paketi bir sıra məqamları üzrə hələ də icra olunur.Amma bu hələ 600 min biznes üçün nəzərdə tutulmuş biznes dəstək proqramının aprel-may aylarında olduğu kimi tam şəkildə reallaşdırılması demək deyil. Digər tərəfdən, nəzərə alsaq ki, işsizlərə və digər kateqoriyalara aid 600 min nəfər aztəminatlı təbəqəyə ödənilən 190 manatlıq birdəfəli yardımım 2 aylıq maiyyə tutumu 228 milyon manat, pandemiyanın ilk mərhələlərində yenə də 600 min nəfəri əhatə edən biznesə dəstəl paketinin tam maliyyə tutumu 215 milyon manatdır(hələ tam istifadə edilməyib), həmin vəsait bir yerdə götürüldükdə, pandemiyaya qarşı mübarizə məqsədilə hazırlanmış paketlərin 3,5 milyard manat səviyyəsində səsləndirilən ümüumi məbləğin cəmi 16 faizi qədərdir”.

Deputat əlavə edib ki, aprel-maydan sonra əhaliyə və biznesə yardımın verilməsi daha çox onunla əlaqədar dayandırılmışdı ki, karantin rejiminin forması dəyişdirilmişdi:

“İndi yenidən avqustun 1-nə qədər karantin rejiminin demək olar ki, apreldəki sərt formasına qayıdılır və bir sıra şəhər və rayonlarda “evdə qal” üsuluna keçilir. Eyni zamanda, ərzaq mağazaları və apteklər istisna olmaqla əksər sahələrin fəaliyyəti dayandırılıb. Deməli, bu məntiqlə yaranmış yeni vəziyyət ciddi analiz edilməli və sosail yardımlar davam etdirilməsi ilə yanaşı, karantin rejimi müddətində sahibkarlığa aprel-may aylarında həyat keçirilən dövlət dəstəyi də davam etdirilməlidir. Biznes tam şökməsin deyə pandemiyadan ziyan çəkmiş sahələrdə çalışan müzdlu işçilərin əmək haqlarının bir hissəsinin kompensasiya edilməsi, eləcə də mikrosahibkarlar üçün nəzərdə tutulan maddı dəstək də mütləq davam etdirilməlidir” .

Məlumat üçün bildirək ki, bu günlərdə Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib. Qərara görə, sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası təsdiq edilb. Belə ki, sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlər 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilib. Dövlət zəmanətinin verilməsi 2021-ci il dekabrın 31-dək həyata keçirilir.
 

0