Bu ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb.
İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin iyun ayı ilə müqayisədə 3 mənzil və ya 4,48 dəfə çoxdur.
Ümumilikdə isə yanvar-iyun aylarında 431 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2019-cu ilin altı ayı ilə müqayisədə 100 ədəd və ya 18,8% azdır.
Qeyd edək ki, bu ilin iyun ayında Türkiyədə 1 679 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2019-cu ilin iyun ayı ilə müqayisədə 1 038 ədəd və ya 38,2% azdır.
Ümumilikdə, bu ilin yanvar-iyun aylarında isə Türkiyədə 14 413 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin altı ayı ilə müqayisədə 5 756 ədəd və ya 28,5% azdır.
2020-ci ilin iyun ayında Türkiyədə ən çox mənzil alan xaricilər İran vətəndaşları olub. Bu ölkədən olanlar iyunda 398, yanvar-iyun aylarında isə 2 628 mənzil əldə edib.
Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 257, yanvar-iyunda isə 2 359 mənzil alıb.
Aylıq göstəricidə İlk 3-lüyü Çin vətəndaşları tamamlayır. Bu ölkədən olan vətəndaşlar iyunda 78 mənzil, yanvar-iyunda isə 415 mənzilə sahib olub.