Bu rayonun yollarının təmirinə yarım milyon xərclənəcək

İQTİSADİYYAT
17:02 / 18.07.2020
1158

Şəmkir rayon İcra Hakimiyyəti tenderinin qalibi məlum olub.

Fed.az xəbər verir ki, tenderi "Great Vay" MMC qazanıb.

İcra hakimiyyəti Şəmkir rayon Kür qəsəbə M.Ə.Rəsulzadə, V.Xuluflu, S.Vurğun, N.Nərimanov, Şəhriyar və Şəmkir şəhər Şahlar Musayev, M.Ə.Rəsulzadə küçələrində yolların əsaslı təmiri işlərinin satın alınması üçün MMC ilə 554 min 241 manat məbləğində müqavilə imzalayıb.

0
Fed.az