“Sumqayıt Texnologiyalar Parkı”nın Baş direktoru istefa verdi

İQTİSADİYYAT
15:06 / 18.07.2020
1484

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Baş direktoru Emin Məmmədov işdən azad olunub. 

MMC-dən Hit.Az-a verilən məlumata görə, E.Məmmədov öz xahişi ilə iyulun 17-dən etibarən tutduğu vəzifədən azad olunub.

Müvəqqəti olaraq Baş direktor vəzifəsi üzrə səlahiyyət Baş maliyyə inzibatçısı Rauf Atakişiyevə həvalə olunur.

Xatırladaq ki, o, müxtəlif illərdə Böyük Britaniyanın HSBC bankında, Avropa Yenidənqurma və İnkişaf Bankında, eləcə də "Express Bank" ASC-də çalışıb.

0