Azərbaycanda bu sahələrdə biznes quranlar artır – SİYAHI

İQTİSADİYYAT
19:15 / 20.07.2020
1718

2020-ci ilin yanvar-iyun ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 3% artaraq 2020-ci il iyulun 1-i vəziyyətinə 150555 olub.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Artım iqtisadiyyatın “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Nəqliyyat və anbar təsərrüfatı”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi”, “İnformasiya və rabitə”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Su təchizatı; tullantıların təmizlənməsi və emalı” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrində nəzərəçarpacaq dərəcədə olmuşdur.

“Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksək olmuşdur.

0
Banker.az