Deputat Ağalar Vəliyev ittihamlara cavab verdi - Jurnalist sübutları təqdim edəcəyinə söz verdi

İQTİSADİYYAT
14:24 / 20.07.2020
1409

Millət vəkili Ağalar Vəliyevin köməkçisi İlham Musayev Qaynarinfo-ya açıqlamasında deyib ki, "Ağalar Vəliyevin nə özü, nə də oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Çavanşir Həsənlinin yazdıqlarının heç bir əsası yoxdur".

Hit.Az-ın verdiyi xəbərə görə, araşdırmaçı jurnalist Cavanşir Həsənlinin cavabı gecikməyib.

Cavanşir Həsənli cavabında yazır:

"“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri, deputat Ağalar Vəliyevin köməkçisinin təkzibindən çox məmnun oldum. Deputata borcumu ödəyəcəyimə söz verirəm.

Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev deyib ki, "Ağalar Vəliyevin nə özü, nə də oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Çavanşir Həsənlinin yazdıqlarının heç bir əsası yoxdur".

Adam sübut istəyir, bu onun haqqıdır. Mən indi yazdıqlarımı ya sübut etməliyəm, ya da sübut edə biıməyəcəyəm halda üzr istəməliyəm.

Deputata borcumu ödəyəcəyimə söz verirəm".

HƏMÇİNİN OXU:

Deputat oğlu Gürcüstana 50 milyon dollar sərmayə yatırıb - FOTO

0