Şahdəniz və Azəri-Çıraq-Günəşli yataqlarının gəliri açıqlandı

İQTİSADİYYAT
12:38 / 21.07.2020
1205

Azəri-Çıraq-Günəşli yatağından bu ilin ilk 6 ayında 2 206 mln. dollar gəlir əldə edilib.

Azərbaycan Dövlət Neft Fondundan HİT.Az-a verilən məlumata görə, Şahdəniz yatağından iyulun 1-nə qədər 197 mln. dollar gəlir əldə edilib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2020 - 01.06.2020 tarixinə): 131 mln. ABŞ dollar təşkil edib. 

Qeyd edək ki, məlumatda Şahdəniz yatağından kondensatın satışından əldə edilən gəlirlər əvvəlki aylardan fərqli olaraq Şahdəniz yatağından daxilolmaların tərkibinə daxil edilib.

0