COVID-19 əleyhinə bitki mənşəli peyvənd hazırlanıb

FOTO
18:18 / 18.05.2021
1531

Kanadalı molekulyar bioloqlar bitki mənşəli virusabənzər hissəciklərdən koronavirus əleyhinə peyvənd hazırlayıblar. Peyvənd klinik sınaqların ilk mərhələsində 200 könüllü üzərində sınaqdan keçirilib.

Unikal.org  TASS agentliyinə istinadən xəbər verir ki, təcrübələrin nəticələri “Nature Medicine” jurnalında dərc edilib.

Peyvəndin ikinci dozasının vurulmasından sonra könüllülərin əksəriyyətinin qanındakı anticisimlərin miqdarı COVID-19-dan sağalmış insanların plazmasındakı anticisimlərin miqdarından təqribən 10 dəfə çox olub.

Peyvənd vurulduqdan dərhal sonra iştirakçılardan birində yaranmış halsızlıq istisna olmaqla, ciddi yan təsirlər müşahidə olunmayıb.

Alimlər aşkar ediblər ki, peyvəndin bir dəfə vurulmasından sonra könüllülərin təxminən 60 faizinin qanında SARS-CoV-2-yə qarşı çox sayda anticisim yaranıb. İki inyeksiyadan sonra isə könüllülərin 91 faizində anticisimlər yaranıb.

0