Ukraynanın Melitopol şəhərində ölkənin məşhur krım-tatar siyasətçilərindən biri, deputat Leyla İbrahimova yoxa çıxıb.
Hit.Az Ukrayna mediasına istinadən bildirir ki, bu barədə Krım Tatar Məclisinin üzvü İsgəndər Barıyev məlumat verib.
Melitopol Şəhər Diyarşünaslıq Muzeyinin direktoru, Zaporojye vilayət şurasının deputatı L.İbrahimovanın evinə səhər saat 6-da soxulan rusiyalı hərbçilər qadın siyasətçini naməlum istiqamətə aparıblar.
"Leyla İbrahimova rusiyalıların əlindədir. Ona və qohumlarına zəng etməyin", - İ.Barıyev bildirib.