Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi tağımının keçirdiyi reyd zamanı rayon ərazisində nartotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Hit.az avtosfer.az-a istinadən xəbər verir ki, araşdırma zamanı sükan arxasında əyləşən şəxsin tanınmış müğənni Ruzigar olduğu müəyyən olunub. Müğənni tibbi müayinəyə dəvət olunub. Müayinə zamanı isə Ruzigarın narkotik vasitələrin təsiri altında olduğu aşkarlanıb.
Sənətçi bildirib ki, 6 ay bundan əvvəl həmin maddələri xarici ölkədə olan zaman qəbul edib: "Çox güman ki, qanda qalıb”.
Baş DYP İdarəsinin Xüsusi tağımının inspektoru, polis baş leytenantı Elmir Əmirov bildirib ki, sürücü qoşa xəttin tələbini pozduğuna görə saxlanıldı və qeyri-adekvat hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə dəvət edilib: "Müayinə zamanı həkimin rəyi nəticəsində məlum oldu ki, sürücü narkotik vasitələrin təsiri altındadır və bu vəziyyətdə maşın sürür”.