İsmayıllıda 24 yaşlı oğlan tüfənglə özünü öldürüb

HADİSƏ
19:03 / 08.04.2023
567
Bu gün İsmayıllı rayonunun Talıstan kəndində intihar hadisəsi baş verib. Hit.az xəbər verir ki, kənd sakini, 1999-cu il təvəllüdlü Musayev Məhəmməd Mütəllim oğlu yaşadığı evdə ov tüfəngindən özünə atəş açıb. Baş nahiyyəsindən güllə yarası alan M.Musayev hadisə yerində dünyasını dəyişib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. M.Musayevin özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir. Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.
0