Sumqayıtda Türkiyə vətəndaşı piyadanı vuraraq öldürüb

HADİSƏ
14:17 / 09.04.2023
639

Sumqayıtda Türkiyə vətəndaşı piyadanı vuraraq öldürüb.

Hadisə aprelin 5-də H.Z.Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı Sarıgul Hasım idarə etdiyi “Renault 12” markalı, 10-HO-997 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən piyada Baxışov Ağatahir Tərlan oğlunu vurub.

Nəticədə piyada aprelin 8-də ölüb. Faktla bağlı cinayət işi başlanıb.

0