Qətl baş verən Olimpiya Kompleksində daha bir qalmaqal - Hadisə yerinə
HADİSƏ
18:55 / 10.04.2023
886
Ötən il qətl hadisəsi baş verən Şağan Olimpiya İdman Kompleksində növbəti qalmaqal yaşanıb. Hit.az xəbər verir ki, aprelin 8-də kompleksdə peşəkar boks üzrə reytinq döyüşü keçirilib. Boksçulardan Ağacan Dərgahovla Sənan Mehdiyev arasında keçirilən döyüşün nəticələri qalmaqala səbəb olub. Hadisənin şahidləri iddia edir ki, döyüş Ağacan Dərgahovun üstünlüyü ilə keçib. Lakin hakim Anar Nağdiyev bunu görməzdən gəlib və onun rəqibinə xal verib. Bu da döyüşün bərabərliklə başa çatmasına səbəb olub. Ağacan Dərgahovun elə rinqdəcə buna etiraz etməsi onun məşqçisini və azarkeşlərini ayağa qaldırıb. Onlar hakimin ədalətsilik etdiyini və dərhal buna son qoyulmasını tələb ediblər. Qarşı tərəfin heç bir tədbir görməməsi insidentin daha da böyüməsinə səbəb olub. Hətta hadisə yerinə polisin çağırıldığı da bildirilir. Şahidlər redaksiyamıza videogörüntü də göndərirlər. Görüntülərdə Ağacan Dərgahov və onun məşqçisi Ramin Məmmədzadənin hakimlərə etiraz etdiyi, zalda qalmaqal yaşandığı aydın şəkildə görünür. Xatırladaq ki, ötən il də Şağan Olimpiya İdman Kompleksində qətllə nəticələnən qalmaqal baş vermişdi. "Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turnirində Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirmişdi.
0