Bakı metrosunda sərnişin ölüb.
Bu barədə HİT.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd olunub ki, “Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın maşinistinə bir kişi sərnişinin özünü pis hiss etməsi barədə məlumat verilib:
“Dispetçerə daxil olmuş məlumat əsasında sərnişin “Xalqlar dostluğu” stansiyasında düşürülüb, təcili tibbi yardım çağırılıb. Lakin sərnişin qatardan düşürülənə qədər dünyasını dəyişib”.