Azərbaycanda “TikTok”lərə jeton satan Samir sərbəst buraxıldı

HADİSƏ
20:06 / 26.04.2023
1236

Azərbaycanda “TikTok” sosial şəbəkəsində qeydiyyatdan keçən şəxslərə ödənişli jetonların satışı ilə məşğul olan şəxs bank hesabından qeyri-qanuni pullar çəkdiyi üçün saxlanılıb.

Hit.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi 1981-ci il təvəllüdlü Cəlilabad rayon sakini Samir Hüseynovla (şərti) bağlı açılan cinayət işinə baxılıb. 

O, son zamanlarda məşhurlaşan “TikTok” sosial şəbəkəsində qeydiyyatdan keçən şəxslərə ödənişli jetonların satışı ilə məşğul olub. Hansı ki, bu jeton vasitəsi ilə insanlar “TikTok” sosial şəbəkəsində izlədikləri şəxslərin canlı yayımlarında həmin şəxslərə ödənişli jetonlar vasitəsi ilə hədiyyələr göndəriblər.

Həmin jetonların qiyməti Amerika dolları ilə olduğundan insanlar həmin jetonları əldə etməkdə çətinlik çəkiblər. O, bu jetonları haradan və necə daha ucuz, yəni münasib qiymətə tapmaq üçün araşdırma aparıb. Türkiyə Respublikasının rəsmi dövlət pulu hesab edilən “Türk lirə”si ilə jetonları alan zaman bunun ucuz başa gəldiyi üçün Azərbaycan türk bank hesabı açaraq jetonları “Türk lirə”si ilə əldə etmək qərarına gəlib. 
Daha sonra o, Azərbaycanda yerləşən və Türkiyədə qeydiyyatdan keçirilən zərərçəkmiş şəxs ASC-nin filialından əldə edəcəyini görüb. O, həmin bankdan öz adına 3 bank kartı sifariş etmiş və ödənişləri bu hesablar üzrə həyata keçirib. Samir, ibtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsə vurduğu ümumilikdə 62.791,74 manat məbləğində ziyanı tam şəkildə qaytarıb, habelə məhkəmə araşdırması zamanı onun tərəfindən dövlət büdcəsinə 31.396 manat məbləğində pul vəsaiti ödəyib. 

Bank tərəfindən aparılmış araşdırma zamanı Samir bankın müştəri olan rəhbər şəxslərin hesabından pul çəkməsi də məlum olub.  Məhkəmənin qərarı ilə Samirin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

Aydın

0