Küçədə mübahisə etdi, polislərə tabe olmadı - 10 günlük həbs olundu

HADİSƏ
20:46 / 26.04.2023
742

Bakıda küçədə tanışı ilə mübahisə edən şəxs polislərə nalayiq ifadələr işlətdiyi üçün həbs edilib. 

HİT.az-ın verdiyi xəbərə görə, hadisə Nərimanov rayon ərazisində baş verib. 

Belə ki, 1996-cı il təvəllüdlü Hüseyn (şərti) 21 aprel 2023-cü il tarixdə, saat 20:00 radələrində tanışı Ucalla (şərti) uca səslə mübahisə ediblər. Polislər məsələni aydınlaşdırmaq məqsədi ilə həmin şəxslərə yaxınlaşıblar. Bu zaman adı sonradan polislərə məlum olan Hüseyn polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək oradan getmələrini bildirib. 

Polislər dəfələrlə həmin şəxsi ictimai qaydalara riayət etməyə dəvət etsələr də, həmin şəxs buna məhəl qoymayıb. 

Bundan sonra şöbəyə aparılan Hüseyn barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmə qərarı ilə Hüseyn İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 10  gün müddətinə inzibati həbs seçilib.

Aydın

0