36 yaşlı turist Bakıda öldü

HADİSƏ
17:10 / 06.05.2023
527

Bakıda qonaq olan hindistanlı turist qəfl vəfat edib.

HİT.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.

Azərbaycana turist kimi gəlmiş Hindistan vətəndaşı, 1987-ci il təvəllüdlü Boljinder Singhin səhhəti qəfil pisləşib. O, dərhal xəstəxanaya çatdırılıb.

Lakin həkimlərin müdaxiləsinə baxmayaraq B.Singh vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

0