Qazinin çənəsini qıran idmançı belə saxlanıldı - VİDEO

20:39 / 06.05.2023
2328

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi qazisi N.Babayevə xəsarət yetirən Rəvan Nəbizadə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 2 maddəsilə cinayət işi başlanılıb.

HİT.az xəbər verir ki, qazinin çənəsini sındıran Rəvan Nəbizadə peşəkar idmançı imiş. 

Qeyd edək ki, xəsarət alan qazi Namiq Babayev Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşıdır. O, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kimi "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilib.

Rəvan Nəbizadənin saxlanılma görüntülərini təqdim edirik:

0